Moskva Ukraynadakı nizamlanma ilə bağlı ABŞ tərəfi ilə əlaqə saxlamağa həmişə açıqdır.
Qaziler.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz həmişə əlaqə saxlamağa açığıq. Onlar bizim mövqeyimizi bilirlər. Üstəlik, bunu Alyaskada da eşitdilər. Bu, onların təklifinə cavab olaraq təqdim edilmişdi. Əminəm ki, danışıqlar qrupunun üzvləri – Stiven Vitkoff və Cared Kuşner – bunu mütləq unutmayıblar”, – deyə nazir qeyd edib.



