Türkiyə ilə qüvvədə olan müqavilələrin hamısı tam şəkildə icra olunacaq.
Qaziler.az bildirir ki, APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bəyan edib.“Türk şirkətləri 2018-ci il, futbol üzrə Dünya çempionatı üçün tikilən stadionların inşasını davam etdirəcəklər. Ümumiyyətlə, qüvvədə olan müqavilələrin hamısı tam şəkildə icra olunacaq”, deyə A.Ulyukayev bildirib.