ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxsə qarşı hansı ittihamın irəli sürüləcəyi məlum olub.
APA xəbər verir ki, bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.
Qeyd edilib ki, şübhəli şəxs odlu silahdan istifadə etməklə ABŞ Məxfi Xidmətinin əməkdaşına hücumda ittiham olunacaq.
Donald Tramp şübhəli şəxsin Məxfi Xidmətin zabitlərindən birinə yaxın məsafədən atəş açdığını bildirib. Qeyd edib ki, zabit xəsarət alsa da, zirehli geyim onu xilas edib, hazırda durumu yaxşıdır.
***
saat 08.28
ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi şam yeməyində atəş açdıqdan sonra həbs olunan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq.
Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.
"Təqsirləndirilən şəxs bazar ertəsi günü federal rayon məhkəməsində hakim qarşısına çıxacaq", - Pirro bildirib .



