Xüsusi nümayəndə Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İranla bağlı danışıqlar üçün Pakistana planlaşdırılan səfərinin ləğv edilməsinin səbəbi Vaşinqtonun İslam Respublikasına faktiki olaraq kimin rəhbərlik etdiyi barədə dəqiq məlumata malik olmamasıdır.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" social media hesabında bildirib.
Ağ Ev rəhbəri qeyd edib: "Onlar da daxil olmaqla, heç kim kimin lider olduğunu bilmir".
ABŞ liderinin sözlərinə görə, İran rəhbərliyinin daxilində "qarışıqlıq və daxili ixtilaflar" hökm sürür. O, həmçinin qeyd edib ki, Uitkoff və Kuşnerin səfəri çox vaxt aparacaq və ciddi hazırlıq tələb edəcəkdi.
"Bütün kartlar bizim əlimizdədir, onların isə heç bir kartı yoxdur. Əgər danışmaq istəyirlərsə, etməli olduqları tək şey zəng vurmaqdır", — deyə Tramp əlavə edib.



