İtaliyanın Baş naziri Putinin G20 sammitinə dəvət olunmasına qarşı çıxdı

İtaliyanın Baş naziri Putinin G20 sammitinə dəvət olunmasına qarşı çıxdı backend

Meloninin sözlərinə görə, indi diktatordan güzəşt tələb etməyin vaxtıdır.

İtaliyanın Baş naziri Ciorciya Meloni ABŞ administrasiyasının Rusiya diktatoru Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət etmək planına qarşı çıxıb.

Qaziler.az bildirir ki, bu barədə "Ansa" məlumat yayıb.

Meloninin sözlərinə görə, indi diktatora güzəşt etmək vaxtı deyil, ondan güzəşt tələb etmək vaxtıdır.

"G20 sammitində Putinə gəldikdə, inanıram ki, hazırda biz addım atmalı deyil, Putindən bir neçə addım irəli atmasını istəməliyik", - deyə o, vurğulayıb.

İtaliya Baş naziri həmçinin xatırladıb ki, Vaşinqton son aylarda Moskvaya doğru bir çox belə addımlar atıb, lakin heç bir cavab görməyib.

QAZİLER.AZ