Myanmada qaçırılan daha bir rusiyalı qadın köləlikdən azad edilib

Myanmada qaçırılan daha bir rusiyalı qadın köləlikdən azad edilib backend

Aprelin əvvəlində Myanmada Taylandda aldadılaraq qaçırılan daha bir Rusiya vətəndaşı azadlığa buraxılıb.

Qaziler.az bildirir ki, bu barədə Xaricdəki Həmvətənlərə Dəstək üzrə Birləşmiş Koordinasiya Mərkəzinin  vitse-prezidenti İvan Melnikov aprelin 24-də "İzvestiya"ya bildirib.

"Həmyerlimiz hazırda respublikanın xarici vətəndaşlar üçün müvəqqəti saxlama mərkəzində çətin şəraitdə qalır", - Melnikov deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, qadın böyük bir şirkətdə yüksək maaşlı tərcümə işi təklifi ilə Taylanda aparılıb. O, bir neçə həftə əsirlikdə olub: sənədləri müsadirə edilib, təhdid edilib və  onu skam-mərkəzdə işləməyə məcbur etməyə çalışıblar.

QAZİLER.AZ