Almatıdakı məktəblərdən birinə məktəbli qız dərsə balta gətirib.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.
Nəşrin məlumatında qeyd olunub ki, uşaq sosial mediada alınan təlimatlara əsasən qanunsuz hərəkət etməyi planlaşdırıb.
“Müəyyən edilib ki, yetkinlik yaşına çatmayan şəxs sosial şəbəkələr vasitəsilə aldığı göstərişlərin təsiri altında hərəkət edərək, hüquqazidd hərəkətlər törətməyi planlaşdırıb. Polis əməkdaşlarının vaxtında gördüyü tədbirlər sayəsində qanunsuz əməlin qarşısı alınıb və hər hansı hadisənin baş verməsinə imkan verilməyib", — deyə şəhər polis departamentindən bildirilib.
QAZİLER.AZ



