İspaniyanın Baş naziri Pedro Sançes İranla münaqişədə tutduğu mövqeyə görə ABŞ-nin krallığın NATO-ya üzvlüyünü dayandırmağı planlaşdırdığı barədə xəbərləri diqqətdən kənarda qoymayıb.
Qaziler.az xəbər verir ki, onun sözlərini "Reuters" agentliyi sitat gətirir.
"Biz elektron məktublar əsasında işləmirik. Biz rəsmi sənədlərə və rəsmi hökumət mövqelərinə, bu halda isə ABŞ-yə əsaslanaraq işləyirik" - deyə Nazirlər Kabinetinin rəhbəri bildirib.
Mart ayında İspaniya hakimiyyəti İrana qarşı əməliyyat çərçivəsində Rota və Moron hərbi bazalarından istifadə edilməsinə dair ABŞ-yə rədd cavabı verib. Madrid Vaşinqtonun təzyiqlərinə və təhdidlərinə baxmayaraq bu qərarı qəbul edib.
QAZİLER.AZ



