Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması Ankaraya Rusiyadan enerji asılılığını azaltmaq üçün bu ölkədən təbii qaz almağa imkan verəcək.
APA-nın xəbərinə görə, bunu “Bloomberg”ə Türkiyə hökumətindəki iki məlumatlı mənbə bildirib. Onlar deyiblər ki, Rusiya hərbi təyyarəsinin vurulmasından sonra Ankara ilə Yerusəlim arasında gizli təmaslar intensivləşib.Bundan başqa, Türkiyə Kipr adasının birləşməsinə də tərəfdardır və bunun üçün həm türk, həm də yunan icması ilə danışıqlar aparır. Perspektivdə həm İsraildən, həm də Kiprdən təbii qaz idxalı Türkiyənin öz mənbələrini müxtəlifləşdirməsinə və Şərqlə Qərb arasında əsas tranzit məntəqəsinə çevrilməsinə şərait yaradacaq.
Mənbələr İsraillə Türkiyə arasında qısa müddətdə kompromis əldə oluna biləcəyini söyləyiblər.