Ukraynanın Aİ-yə daxil olması qeyri-mümkündür - Xorvatiya

Ukraynanın Aİ-yə daxil olması qeyri-mümkündür - Xorvatiya backend

Ukraynanın 1 yanvar 2027-ci il tarixindən etibarən Avropa İttifaqına tamhüquqlu üzvlüyü texniki və fiziki baxımdan qeyri-mümkündür, lakin ölkə üçün müəyyən "üzvlük dinamikası" hazırlana bilər.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bildirib.

"Burada Ukraynaya təqvim baxımından real gözləntilərin nədən ibarət olduğunu açıq şəkildə demək çox vacibdir. Müzakirələrdən tam aydın olur ki, 1 yanvar 2027-ci il tarixi və bugünkü Xorvatiya və ya hər hansı digər üzv dövlət kimi tamhüquqlu üzvlüklə bağlı ambisiyalar sadəcə texniki və ya fiziki olaraq qeyri-mümkündür", — deyə Xorvatiyanın Baş naziri Kiprdə keçirilən Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitindəki çıxışı zamanı qeyd edib.

Ukrayna 2022-ci ilin iyun ayında Aİ-yə namizəd statusu alıb. Lakin Brüssel üzvlük danışıqlarının rəsmi şəkildə başlanması üçün bir neçə ciddi şərt irəli sürüb və Avropa rəsmiləri özləri dəfələrlə bu qərarın əsasən simvolik olduğunu və Rusiya ilə qarşıdurmada Ukraynaya dəstəyi ifadə etmək məqsədi daşıdığını etiraf ediblər.

QAZİLER.AZ