İsrail "Hizbullah"a zərbələr endirib

İsrail "Hizbullah"a zərbələr endirib backend

İsrail qüvvələri raket atəşinə cavab olaraq Livandakı şiə qruplaşması "Hizbullah"ın hədəflərinə zərbə endirib.

Qaziler.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) öz "Telegram" kanalında məlumat yayıb.

"Hizbullah" terror təşkilatının dünən (cümə axşamı, 23 aprel) Ştulaya atdığı raket hücumlarına cavab olaraq, SAXAL Livanın cənubundakı Xerbet Selem və Tulin bölgələrində "Hizbullah"ın SAXAL əsgərlərinə və İsrail dövlətinə qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün istifadə etdiyi hərbi obyektlərinə zərbələr endirib", — deyə bəyanatda bildirilib.

SAXAL əlavə edib ki, İsrail ordusu siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq İsrail əhalisinə və hərbçilərinə qarşı yönəlmiş təhdidlərə cavab olaraq qətiyyətli tədbirlər görməyə davam edəcək.

QAZİLER.AZ