Pentaqonda İranla müharibədə ABŞ qoşunlarını dəstəkləməyən NATO müttəfiqlərinin cəzalandırılması variantları, o cümlədən İspaniyanın alyansdakı üzvlüyünün dayandırılması və Böyük Britaniyanın Folklend adalarına olan iddiaları ilə bağlı mövqeyə yenidən baxılması müzakirə olunur.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Bu variantlar qurumun daxili elektron məktubunda yer alıb. Məktubda bəzi müttəfiqlərin Birləşmiş Ştatlara İran üzərindən uçuş, bazaların yerləşdirilməsi və giriş hüququ vermək istəməməsindən doğan məyusluq ifadə olunur. Lakin sənəddə Avropadakı bazaların bağlanması təklif edilmir.
Rəsmi şəxsin sözlərinə görə, məktubda təklif olunan variantlardan biri "problemli" ölkələrin NATO-dakı mühüm və ya nüfuzlu vəzifələrdən kənarlaşdırılmasını nəzərdə tutur.
Mənbə əlavə edib ki, sənəddə qeyd olunan siyasət variantları NATO müttəfiqlərinə "avropalıların üstünlük hissini azaltmaq" məqsədilə aydın siqnal göndərmək üçün hazırlanıb.
QAZİLER.AZ



