ABŞ İranla müharibədə istifadə etdiyi raketlərin sayını AÇIQLADI

ABŞ İranla müharibədə istifadə etdiyi raketlərin sayını  AÇIQLADI backend

ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyat zamanı 1000-dən çox uzaqmənzilli "Tomahawk" raketi istifadə edib.

Qaziler.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqton həmçinin hava hücumundan müdafiə sistemləri, o cümlədən "Patriot" və "THAAD" kompleksləri üçün nəzərdə tutulmuş 1500-dən 2000-dək kritik əhəmiyyətli raket sərf edib.

Nəşr ehtiyatların bərpasının altı ilə qədər vaxt apara biləcəyini vurğulayıb. Məqalədə deyilir ki, bununla əlaqədar olaraq, artıq ABŞ administrasiyası gələcək böhranlar üçün əməliyyat planlarının yenidən nəzərdən keçirilməsi imkanlarını müzakirə etməyə başlayıb.

Jurnalistlərin araşdırmasına görə, mövcud vəziyyətdə bəzi amerikalı rəsmilər Çinlə münaqişə yaranacağı təqdirdə ABŞ-nin Tayvanı müdafiə etmək planlarını tam şəkildə həyata keçirmək qabiliyyətinə şübhə ilə yanaşırlar. Lakin müəlliflər qeyd edirlər ki, söhbət yalnız yaxın gələcəkdən gedir.

QAZİLER.AZ