Birləşmiş Ştatlarda prezident Donald Trampın davranışından narahatdırlar.
Qaziler.az xəbər verir ki, bu barədə "Daily Express" yazır.
Nəşrin məlumatında deyilir ki, çıxış zamanı Tramp gözlərini yumub və canlı efirdə az qala yuxuya gedib.
Hadisə Ağ Evdə, onun Linkoln memorialındakı işlər barədə danışdığı vaxt baş verib.
Bundan əlavə, şahidlər siyasətçinin nitqinin məntiqsiz səsləndiyini qeyd ediblər. Məsələn, o iddia edib ki, karyerası ərzində yüzdən çox hovuz tikib və bu işdən yaxşı başı çıxır. Həmçinin Tramp, ardıcıllarının sayına görə özünü Martin Lüter Kinqlə müqayisə edib.
QAZİLER.AZ



