Rusiya Arktikadakı vəziyyətlə bağlı xəbərdarlıq etdi

Rusiya Arktikadakı vəziyyətlə bağlı  xəbərdarlıq etdi backend

Moskva Arktika regionunda təhlükəsizliyi təmin etmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib.

"Anlayırıq ki, hazırkı heç də əlverişli olmayan geosiyasi şəraitdə yalnız Arktika qonşularımızın dürüstlüyünə ümid etmək sadəlövhlük olardı. Ona görə də ölkəmiz hadisələrin istənilən inkişaf ssenarisində Arktika regionunda öz maraqlarını müdafiə etməyə və təhlükəsizliyini qorumağa, bunun üçün sərəncamımızda olan bütün siyasi, diplomatik, iqtisadi, zərurət yarandıqda isə hərbi vasitələrdən istifadə etməyə hazırdır", — deyə Qruşko vurğulayıb.

QAZİLER.AZ