İsrail və Livanın arasında danışıqların yeni mərhələsi Ağ Evdə keçiriləcək

İsrail və Livanın arasında danışıqların yeni mərhələsi Ağ Evdə keçiriləcək backend

ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə İsrail və Livanın Vaşinqtondakı səfirləri Yehiel Laiter və Nada Hammad-e-Mouavad arasında yeni məsləhətləşmələr mərhələsi keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalının və İsrail Televiziyasının 12-ci Kanalının müxbiri Barak Ravid məlumat verib.

"ABŞ rəsmisinin sözlərinə görə, Prezident Tramp bu günortadan sonra Ağ Evdə İsrail və Livan səfirlərini ikinci danışıqlar raundu üçün qarşılayacaq", - deyə o "X" sosial şəbəkəsində yazıb.