Makron prezidentlik müddətini başa vurduqdan sonra siyasətdən gedə bilər

Makron prezidentlik müddətini başa vurduqdan sonra siyasətdən gedə bilər backend

Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti bitdikdən sonra siyasətdən gedəcəyini açıqladı.

Qaziler.az-ın TASS-a istinadən məlumatına görə, o, bu barədə Nikosiyada yerləşən Fransız-Kipr məktəbində şagirdlərlə görüşdə açıqlama verib.

"Əvvəlcə digər prezidentlərə məsləhət verdim və nazir vəzifəsində çalışdım, sonra isə partiya yaratmaqla vəziyyəti daha qətiyyətlə və tez bir zamanda dəyişə biləcəyimizi düşündüm, Makron deyib. Bundan əvvəl siyasətlə məşğul olmamışam və bundan sonra da məşğul olmayacağam", - Makron deyib.

TASS-ın məlumatına görə, bir neçə Fransa mediası bu açıqlamanın Makronun prezidentlik müddəti bitdikdən sonra siyasətdən getmək niyyətini göstərdiyini deyir.

Makronun səlahiyyət müddəti 13 may 2027-ci ildə bitir. Fransa qanunlarına görə, prezident ardıcıl iki müddətdən çox vəzifədə ola bilməz.

QAZİLER.AZ