İtaliya da Mosula əsgər göndərəcək

İtaliya da Mosula əsgər göndərəcək backend

İtaliyanın baş naziri Matteo Renzi İŞİD təhdidi altındakı Mosul sərhədinin bərpa layihəsi ilə bağlı tenderi bir İtaliyan şirkətinin qazandığını bildirərək, ərazinin qorunması üçün Mosula 450 əsgər göndərəcəyini açıqlayıb.


Məlumata görə, bu layihəni İtaliyan şirkəti olan "Trevi Group" reallaşdıracaq.

İŞİD-ə qarşı qurulan koalisiyada olan İtaliya bu günə qədər təmkinli davranırdı.

ABŞ prezidenti Barak Obama dünən verdiyi açıqlamada İtaliyanın da İŞİD-ə qarşı daha çox şey edəcəyini və bunu da riskli bölgələrin birində həyata keçirəcəyini bildirmişdi.

Bölgədə hazırda 750 italyan əsgərinin olduğunu bildirən M.Renzi sərhədi qorumaq üçün daha 450 əsdərin də bir neçə həftə içində bölgəyə gedəriləcəyini qeyd edib.
Diaspora