"Qatar Airways" BƏƏ və Suriyaya gündəlik uçuşları bərpa edir

"Qatar Airways" BƏƏ və Suriyaya gündəlik uçuşları bərpa edir backend

"Qatar Airways" aviaşirkəti aprelin 23-dən etibarən Dohadan Dubay və Şarjah şəhərlərinə gündəlik reyslərin bərpa edildiyini elan edib.

Qaziler.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Bundan əlavə, mayın 1-dən Dəməşqə gündəlik uçuşların başladılması planlaşdırılır.

Beləliklə, şirkət Yaxın Şərqdəki bir sıra mühüm istiqamətlər üzrə hava əlaqəsini yenidən təmin edir.

QAZİLER.AZ