Fransa Polşa ilə birlikdə Baltikyanı üzərində "nüvə başlığı daşıyan" “Rafale” qırıcılarının iştirakı ilə Hərbi Hava Qüvvələrinin təlimlərini keçirməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə "Wirtualna Polska" portalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, təlimlərdə Polşa aviasiyası da iştirak edəcək. Təlimlər zamanı Rusiya obyektlərinə, o cümlədən "Sankt-Peterburq bölgəsindəki mühüm hədəflərə" konvensional (adi) silahlarla zərbələrin endirilməsi məşq ediləcək.
QAZİLER.AZ



