Çeçenistanda "K13" energetik içkiləri satılmağa başlanılıb - VİDEO

Çeçenistanda "K13" energetik içkiləri satılmağa başlanılıb - VİDEO backend

Çeçenistan rəhbərinin köməkçisi, regionun Təhlükəsizlik Şurasının katibi Adam Kadırov respublika ərazisində özünün "K-13" energetik içki brendinin satışına başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Ostorojno, novosti" teleqram kanalı məlumat yayıb.

Aprelin 15-də Çeçenistan rəhbəri Ramzan Kadırov və hökumət başçısı Maqomed Daudov Qroznıda "Vkusdom" hipermarketinin açılışında iştirak ediblər. Orada energetik içkinin dadına baxan rəhbərlər onu "ən yaxşısı" adlandırıblar.

Kanalın məlumatına görə, Adamın dostları sosial şəbəkələrdə dəfələrlə üzərində "Dustum" və "K-13" yazıları olan futbolka və papaqlarla fotolar paylaşıblar. Ehtimal olunur ki, brendin adındakı birinci hərf Kadırovun soyadının baş hərfini ifadə edir.

Qeyd edək ki, 2012-ci ildə Çeçenistan rəhbəri energetik içkiləri müsəlmanlar üçün qəbulolunmaz olan "məstedici preparatlar" adlandırmışdı. Beş ay sonra Çeçenistan parlamenti energetik içkilərin pərakəndə satışına görə cərimələr tətbiq etmişdi. 2018-ci ildə isə qanuna bu içkilərin satışını müəyyən hallarda qadağan edən düzəlişlər edilmişdi.

QAZİLER.AZ