"Samsung"un 30 mindən çox işçisi tətil elan edib: mükafat tələb edirlər

"Samsung"un 30 mindən çox işçisi tətil elan edib:  mükafat tələb edirlər backend

“Samsung”un 30 mindən çox əməkdaşı şirkətin Pxyontxekdəki ən böyük yarımkeçirici zavodunun qarşısında mənfəətin bölüşdürülməsi siyasətinə yenidən baxılması tələbi ilə kütləvi mitinqdə iştirak edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” yazı dərc edib.  

Polisin hesablamalarına görə, aksiyada təxminən 30 min nəfər iştirak edib, həmkarlar ittifaqı təşkilatçıları isə 39 min iştirakçının olduğunu bildiriblər. Həmkarlar ittifaqları şirkətin proqnozlaşdırılan əməliyyat mənfəətinin 15%-nin işçilərə ayrılmasını tələb edirlər. Pul ifadəsində bu məbləğ 40 trilyon vona (təxminən 27 milyard dollar) çata bilər ki, bu da potensial olaraq hər bir işçiyə 400 min dollara qədər ödəniş edilməsi deməkdir.

Əmək birliklərinin nümayəndələri biznesin maliyyə nəticələrində personalın rolunun sistemli şəkildə azaldılmasına diqqət çəkirlər. Həmkarlar ittifaqı lideri Çxve Sın Xonun sözlərinə görə, rəhbərliyin böhran vəziyyəti elan etdiyi dövrlərdə şirkətin dayanıqlılığını məhz işçilər, o cümlədən əlavə iş saatları və istehsal proseslərinin optimallaşdırılması hesabına təmin ediblər.

Gərginlik daha kəskin fazaya keçə bilər: həmkarlar ittifaqları 2026-cı il mayın 21-dən iyunun 7-nə qədər 18 günlük tətil keçirmək planlarını açıqlayıblar. Onlar nümunə kimi rəqibləri "SK Hynix" şirkətinin siyasətini göstərirlər. Belə ki, həmin şirkət 2025-ci ildə mənfəətinin 10%-ni işçilərin mükafatlandırılması fonduna yönəldib.

QAZİLER.AZ