Ukraynanın Lvov şəhərində hündürmərtəbəli binadakı mənzilin pəncərəsindən atəş açan bir kişi saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Milli Polisinin mətbuat katibi Yuliya Qirdvilisin məlumatına istinadla xəbər dərc edib.
Nəşr qeyd edib ki, hadisə aprelin 23-də baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək atəş açan şəxsi saxlayıblar. Onun mənzilində silahdan istifadəyə dair dəlillər tapılıb. Atıcının şəxsiyyəti və motivi müəyyənləşdirilir.
Yerli “Telegram” kanallarının məlumatına görə, kişi Flobert tipli revolverdən atəş açıb. Bu silah növü döyüş silahı hesab edilmir.
QAZİLER.AZ



