İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Tir şəhərinə hücumu nəticəsində bir neçə nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb.
"Tir şəhəri İsrail ordusu tərəfindən hücuma məruz qalıb. Livan Milli Media Agentliyinin nümayəndəsi bu haqda məlumat verib.
Hadisə yerinə ordu nümayəndələrinin müşayiəti ilə təcili yardım briqadaları göndərilib.Təl-Əvivin hansı silahlardan istifadə etdiyi haqda dəqiq məlumat verilmir.
QAZİLER.AZ



