Ukrayna İspaniyadan 100 ədəd VAMTAC zirehli maşını və 155 mm-lik sursat alacaq. İlk çatdırılmaların may ayının əvvəlində baş tutacağı gözlənilir.
Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" İspaniya Müdafiə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
İspaniyanın müdafiə naziri Marqarita Robles Kiyevə səfəri zamanı Ukrayna sərhədçiləri ilə görüşdü. Onlar İspaniyaya dəstəyinə, o cümlədən Aİ missiyasının bir hissəsi olaraq avadanlıq təchizatına və qoşunlar üçün təlimə görə təşəkkür etdilər.
İspaniya müdafiə naziri həmçinin xeyli sayda taktiki zirehli texnikanın, eləcə də 155 mm-lik sursatın çatdırılacağını elan edib.
İspaniyanın Cadena SER nəşrinin bildirdiyinə görə, söhbət 100 VAMTAC zirehli texnikasından gedir.
QAZİLER.AZ



