Vaşinqton metrosunun qatarı stansiyada dayanan iş vaqonu ilə toqquşması nəticəsində on bir nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, "Fox News" bu barədə çərşənbə, 22 apreldə rəsmilərə istinadən məlumat yayıb.
"Çərşənbə günü səhər tezdən Metro Silver Line-da hərəkət edən Vaşinqton Metropolitan Ərazi Tranzit İdarəsinin qatarının Metro Mərkəzində hərəkətsiz iş vaqonu ilə toqquşması nəticəsində on bir nəfər xəsarət alıb", - mətndə deyilir.
Qəza nəticəsində hadisənin baş verdiyi hissədə qatarların hərəkətində fasilələr müşahidə olunmağa başlayıb.
Bu marşrutdan istifadə edən sərnişinlərə digər xətlərə keçmək tövsiyə olunub.
Yaralıların vəziyyəti barədə məlumat verilməyib. Hazırda hakimiyyət orqanları hadisənin səbəbini müəyyən etməyə çalışır.
QAZİLER.AZ



