Livanda daha bir fransız sülhməramlısı ölüb

Livanda daha bir fransız sülhməramlısı ölüb backend

Livanda daha bir fransız sülhməramlısı aldığı yaralardan ölüb.

Livanda sülhməramlı missiyada xidmət edən daha bir fransız hərbçisi aldığı xəsarətlərdən vəfat edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə  Fransa Prezidenti Emmanuel Makron 22 apreldə məlumat verib.

"Dünən Livandan geri qaytarılan Suippesdəki 132-ci kinoloq piyada alayının kapralı Anis Jirardin bu səhər aldığı xəsarətlərdən vəfat etdi", -  Makron X sosial media platformasında (əvvəlki adı Twitter) yazıb.

Fransa Prezidenti həmçinin mərhum əsgərin ailəsinə və dostlarına başsağlığı verib və bildirib ki, Fransa Livanda qalan yaralı fransız sülhməramlılarının halına acıyır.

QAZILER.AZ