Macarıstan və Slovakiya Ukraynanın 2026-2027-ci illər üçün 90 milyard avroluq Aİ-nin maliyyələşdirmə planına veto qoyublar, proqramda iştirak etməkdən imtina etdiklərini təsdiqləyiblər.
Qaziler.az xəbər verir ki, bunu avropalı diplomatik mənbə TASS-a bildirib.
Aİ Şurasının Kipr Sədrliyi Rusiyaya qarşı 20-ci sanksiya paketinin və Kiyev üçün 90 milyard avro ayrılmasının Aİ səfirləri tərəfindən təsdiqləndiyini təsdiqləyib. Aİ ölkələrinin daimi nümayəndələrinin 22 aprel günorta saatlarına qədər Macarıstan və Slovakiyadan yazılı etirazlar alınmazsa, krediti təsdiqləmələri gözlənilirdi. Prosedura 21 apreldə başlayıb. Aİ Ali Nümayəndəsi Kaya Kallas maliyyələşdirmənin 24 saat ərzində təsdiqlənəcəyini gözləyirmiş.
QAZİLER.AZ



