Avropa İttifaqı hələ Ukraynaya 90 milyard avroluq kreditin təsdiqini yekunlaşdırmayıb.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatlı Avropa mənbəsi “RİA Novosti”yə bildirib.
Agentliyin mənbəyinin sözlərinə görə, prosesin həftənin sonuna qədər başa çatması gözlənilir.
"Kredit bu gün daimi nümayəndələr səviyyəsində razılaşdırılıb. Avropa İttifaqı Şurasında son təsdiq üçün yazılı prosedur başlayıb. Biz onun bu həftə, ehtimal ki, cümə axşamı günü başa çatacağını gözləyirik", - deyə o bildirib.
Bu arada, Macarıstan və Slovakiya Ukraynanın 2026-2027-ci illər üçün 90 milyard avroluq Aİ maliyyələşdirmə planına veto qoyublar, lakin proqramda iştirakdan imtina etdiklərini təsdiqləyiblər.
QAZİLER.AZ



