Trampın Bibliya oxuması qalmaqal yaratdı

Trampın Bibliya oxuması qalmaqal yaratdı backend

ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval Ofisində Əhdi-Ətiqdən bir parça oxuyaraq Bibliya oxuma marafonunda iştirak edib.

Qaziler.az xəbər verir ki, bu haqda Britaniyanın “İndependent” qəzeti yazıb.

Bu hadisə Trampın sosial mediada özünü İsa Məsihə bənzər "şəfaçı" kimi təsvir edən, süni intellekt tərəfindən yaradılan şəkli paylaşmasından sonra baş verib.

Nəşrin məlumatına görə, tənqidçilər Trampın Bibliya oxumasını "siyasi bir hərəkət" kimi qiymətləndiriblər. Lakin siyasətçinin tərəfdarları isə ona "Amerika milli kimliyini təsdiqlədiyinə" görə təriflər yağdırıblar.

Tramp administrasiyası Amerika bürokratiyasında dini dirçəlişə, o cümlədən dini ofislərin yaradılmasına və yüksək vəzifəli məmurlar arasında dini ifadəni təşviq edən siyasətlərə təkan verib, - məqalədə qeyd edilib.

QAZİLER.AZ