Ukrayna XİN başçısı Kallasın qadağasını alqışladı

Ukrayna XİN başçısı Kallasın qadağasını  alqışladı backend

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Aİ-nin Ukraynada döyüşən rusiyalı veteranlarının Avropaya girişini qadağan etmək planlarını alqışlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə ukraynalı nazir özünün sosial media səhifəsində paylaşım edib.

O, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən göndərilən "həlledici siqnal" adlandırıb. Onun sözlərinə görə, bu, hər bir rusiyalıya mesaj göndərəcək "vaxtında və çoxdan gözlənilən bir addımdır".

"Bu, ədalətli qərardır. Əgər Avropaya və Avropa dövlətlərinə zərər vurmaq üçün mübarizə aparırsınızsa, ora səyahət etməyinizə icazə verilməyəcək. Bütün Aİ-yə üzv dövlətlərini bu vacib tədbiri dəstəkləməyə çağırıram", - deyə Sibiqa yazıb.

QAZİLER.AZ