Avropanın ən böyük aviadaşıyıcısı olan Almaniyanın "Lufthansa" şirkəti yanacaq çatışmazlığı ucbatından 20 minə qədər uçuşu ləğv edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə daşıyıcı rəsmi internet səhifəsində açıqlama yayıb.
Məlumata görə, uçuş cədvəlinin dəyişdirilməsi və gəlir gətirməyən qısaməsafəli reyslərin sayının gündəlik 120 ədəd azaldılması barədə qərar qəbul edilib.
Bu addımla aviaşirkət 40 min tondan çox aviasiya kerosininə qənaət etməyi planlaşdırır.
Qeyd edək ki, İranla münaqişə başlayandan bəri kerosinin qiyməti iki dəfə artıb.
Şirkətdə ixtisarların oktyabr ayına qədər davam etməsi nəzərdə tutulub. Hazırda "Lufthansa" yaxın həftələr üçün kifayət qədər yanacaqla təmin olunub və tədarükün "ümumilikdə stabil" olacağına ümid edir. Bununla belə daşıyıcı aviasiya yanacağının fiziki tədarükü və qiymət hecinqi (sığortalama - red.) məsələlərinə xüsusi diqqət ayırmağa başlayıb. (oxu.az)



