Slovakiya Baş naziri əvvəllər bir sıra ölkələrdən rədd cavabı almışdı.
Slovakiyanın Baş naziri Robert Fitso 9 mayda Polşadan öz hava məkanı vasitəsilə Moskvaya uçuş üçün icazə istəyir.
Qaziler.az bildirir ki, bu barədə "Wiadomosci" məlumat yayıb.
Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Matsey Vevyur bildirib ki, Varşava artıq Bratislavadan belə bir müraciət alıb.
Onun sözlərinə görə, hazırda bu müraciətə baxılır.
Bir qədər əvvəl Estoniya Fitsonun belə bir müraciətinə rədd cavabı vermişdi.
QAZİLER.AZ



