Roma Papası XIV Leo xəbərdarlıq edib ki, bəşəriyyətin gələcəyi dünyada baş verən silahlı münaqişələr səbəbindən "faciəvi şəkildə təhlükə altındadır".
Qaziler.az bildirir ki, "Reuters" bu barədə 21 apreldə məlumat verib.
“Əgər siyasi məsuliyyətə yanaşma dəyişməzsə və institutlara, beynəlxalq razılaşmalara hörmət təmin olunmazsa, bəşəriyyətin taleyi daim faciəvi təhlükə altında qalacaq”, – deyə o bildirib. Papa çıxışında “Tanrı bunu istəmir” ifadəsini də işlədib.
Reuters agentliyinin yazdığına görə, on günlük səfərinin yekun mərhələsində Ekvatorial Qvineyaya gələn Roma Papası XIV Leo Afrikada olduğu müddətdə çıxışlarında daha sərt və qətiyyətli mövqe nümayiş etdirib. O, müharibələri, bərabərsizliyi və qlobal liderliyi kəskin tənqid edib.
Bazar ertəsi Anqolada keçirilən tədbirdə Papa qeyd edib ki, dünyada bir çox insan avtoritar rejimlər tərəfindən istismar olunur və varlılar tərəfindən aldadılır.



