ABŞ Estoniyaya sursat tədarükünü ən azı İranla müharibə bitənə qədər dayandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur Pentaqon rəhbəri Pit Heqsetlə telefon danışığından sonra ERR-ə verdiyi müsahibədə bildirib.
Pevkurun sözlərinə görə, fasilə əsasən on milyonlarla avro dəyərində HIMARS və “Javelin” sistemləri üçün sursatlara təsir göstərəcək. Tank əleyhinə sursatlar kifayət qədər mövcuddur. Nazir qeyd edib ki, gecikmə həftələr deyil, aylarla davam edəcək, lakin dəqiq vaxt deyilməyib. Fasilə uzadılarsa, Estoniya planlarını yenidən nəzərdən keçirməli və digər növ Amerika silahları da daxil olmaqla, qlobal silah bazarında alternativlər axtarmalı olacaq.
QAZİLER.AZ



