ABŞ prezidenti Donald Tramp İslamabadda keçirilən danışıqlar zamanı İranla sülh sazişinin imzalanmasında şəxsən və ya onlayn iştirak edə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi danışıqlarda iştirak edən Pakistan mənbəsinə istinadən məlumat yayıb.
ABŞ İranla danışıqların Pakistanda keçiriləcəyinə əminliyini qeyd edib və İran tərəfi onun iştirakını "müsbət şəkildə nəzərdən keçirdiyini" bildirib. Lakin uranı zənginləşdirmək hüququnun tanınması da daxil olmaqla, şərtlərinin yerinə yetiriləcəyini gözlədiyini vurğulayıb. ABŞ vitse-prezidenti Cey.Di. Vensin İslamabadda olması gözlənilir.
Qeyd edək ki, möhləti bitməkdə olan atəşkəs fonunda vəziyyət qeyri-müəyyən olaraq qalır. ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı müharibədə iki həftəlik atəşkəsin bir-iki gün ərzində başa çatacağı gözlənilir. On gün əvvəl keçirilən danışıqların birinci mərhələsi heç bir nəticə verməyib, bundan sonra Tehran yeni mərhələdən imtina edib. Buna səbəb Vaşinqtonun İran limanlarının dəniz blokadasını ləğv etməkdən imtina etməsi və İran yük gəmisinin ələ keçirilməsi olub.
QAZİLER.AZ



