Zaxarova Rusiya və Şimali Koreya arasında birliyin simvolundan danışıb

Zaxarova Rusiya və Şimali Koreya arasında birliyin simvolundan danışıb backend

2026-cı ilin yayında açılışı planlaşdırılan Tumannaya çayı üzərindəki avtomobil körpüsü Moskva ilə Pxenyan arasında yaxınlaşmanın simvolu və səmərəli dialoqa aparan bir qapı olacaq.

Qaziler.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iki ölkənin sərhədindəki körpü aşırımını birləşdirmək mərasimi ilə bağlı şərhində bildirib.

Diplomatın sözlərinə görə, birgə layihə daha sıx əməkdaşlıq üçün zəmin yaradacaq, xalqları bir-birinə yaxınlaşdıracaq, görüşlərin və mübadilələrin sayını artıracaq.

“Bu birgə layihənin daha sıx əməkdaşlıq üçün möhkəm təməl yaradacağına, açıq və səmərəli dialoqa yol açacağına, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracağına, səfərlərin, görüşlərin və mübadilələrin sayını artıracağına əminik”, - deyə Zaxarova bildirib.

QAZİLER.AZ