Böyük Britaniyada “Marvel” fanatı bədəninə 63 komiks personajını tatuaj etməklə Ginnesin Rekordlar kitabına düşüb.
Qaziler.az xəbər verir ki, bu barədə UPI nəşri xəbər dərc edib.
Nəşr yazır ki, 40 yaşlı Tom Redford rəsmi olaraq “Marvel Comics” personajlarının ən çox tatuajı ilə rekord göstəriciyə sahibdir və əvvəlki rekordçular olan Rayan Loqsdon və Rik Skolamyeronu (hər birinin 34 tatuajı var idi) geridə qoyub.
Redford bu seriyada ilk döyməni 2016-cı ildə etdirib. “Marvel”in ən məşhur canilərindən biri olan Tanosunun şəklini buduna vurdurub. Məhz bu şəkildən sonra o daha da həvəslənərək döymələrin sayını artırıb.
Redfordun sözlərinə görə, Ginnesin Rekordlar kitabına düşmək ideyası onun üçün əlavə bir motivasiya oldu. O qeyd edib ki, layihə üzərində işləyərkən rekord qırıldıqca məqsəd dəfələrlə çətinləşib. Nəticədə o, israrla özündən əvvəlki nəticələri xeyli üstələməyə qərar verib.
QAZİLER.AZ



