Madyar Macarıstan prezidentini vəzifəsindən uzaqlaşdırmaqla hədələdi

Madyar Macarıstan prezidentini vəzifəsindən uzaqlaşdırmaqla  hədələdi backend

Parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri və Macarıstanın gələcək Baş Naziri Peter Madyar Prezident Tamaş Şuyoku və digər vəzifəli şəxsləri könüllü istefa verməsələr, onları vəzifələrindən uzaqlaşdıracağını açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə o, “X” sosial media platformasında paylaşım edib.

"Əgər bu vəzifəli şəxslər 31 maya qədər könüllü olaraq istefa verməsələr, milyonlarla macardan aldıqları mandata əsasən onları vəzifələrindən uzaqlaşdıracağıq", - deyə o yazıb.

Madyar istefa çağırışının təkcə prezidentə deyil, həm də Ali Məhkəmənin sədrinə, Milli Ədliyyə orqanının rəhbərinə, Konstitusiya Məhkəməsinin sədrinə və ölkənin baş prokuroruna aid olduğunu vurğulayıb.

QAZİLER.AZ