Rusiyada qadın sınmış dırnağına görə polisə hücum edib

Rusiyada qadın sınmış dırnağına görə polisə hücum edib backend

Rusiyanın Kemerovo vilayətində məhkəmə polis əməkdaşlarına qarşı zorakılıq etməkdə ittiham olunan yerli sakinə hökm oxuyub. Təqsirləndirilən şəxs şərxoş vəziyyətdə dırnağı qırıldıqdan sonra polislərə hücum edib

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Mariinski Şəhər Məhkəməsi məlumat yayıb.

Məhkəmənin məlumatına görə, beş nəfərdən ibarət qrup ad günü məclisində spirtli içki qəbul edib və sonra şənliyi saunada davam etdirmək qərarına gəlib. Belə ki, təqsirləndirilən şəxsin sərxoş dostu sükan arxasına keçib, lakin avtomobil yol polisi tərəfindən saxlanılıb. Daha sonra sərnişindən avtomobildən düşməsi istənilib.

Bu vaxt qadın sınmış dırnağını görüb və söyüş söyməyə başlayıb, manikür üçün kompensasiya tələb edib və polis əməkdaşlarına bir neçə dəfə zərbə endirib. Hadisə ilə bağlı cinayət işi açılıb və o, 15.000 rubl (təqribən 340 azn) cərimə olunub.

QAZİLER.AZ