KİV: İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq

KİV: İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq backend

İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq.

Qaziler.az bildirir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Tehran Pakistan vasitəçilərinə çatdırıb ki, yalnız əsas maneələr aradan qaldırılarsa və İran üçün məqbul razılaşmanın əldə olunacağına aydın perspektiv yaranarsa, danışıqlara qatılacaq.

Əks halda, İran tərəfi danışıqlarda iştirak üçün əsas görmür. Agentlik qeyd edir ki, Tehran bəzi məlumatların dezinformasiya xarakteri daşıdığını da istisna etmir və zərurət yaranacağı halda hərbi ssenarilərə hazırdır.

İran üçün əsas problem kimi ABŞ-ın Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadası və Vaşinqtonun irəli sürdüyü sərt tələblər göstərilir.