Nigeriyada quldurlar 15 nəfəri qaçırıblar

Nigeriyada quldurlar 15 nəfəri qaçırıblar backend

Qərbi Afrika ölkəsi olan Nigeriya sahillərində dəniz quldurları 15 nəfəri qaçırıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Kross River Polisinin sözçüsü Sunday Eitokpah yazılı açıqlamasında bildirib ki, quldurlar Kross River əyalətinin Oron bölgəsində bir neft tankerinə hücum ediblər.

Eitokpah qeyd edib ki, gəmidə olan 15 nəfər qaçırılıb.

O, əlavə edib ki, təhlükəsizlik qüvvələri əraziyə yerləşdirilib və qaçırılan şəxslərin tapılması üçün əməliyyat başlayıb.

Bu hücumların baş verdiyi Qvineya körfəzi dünyanın ən təhlükəli dəniz ərazilərindən biri kimi tanınır.

QAZİLER.AZ