Almaniya İŞİD-ə qarşı mübarizə aparan antierror koalisiyasına qoşulub. APA TV-nin Almaniya mətbuatına istinadən xəbərinə görə, bu barədə ilkin məlumat əməliyyata rəhbərlik edən komandanlıqdan verilib.
Qeyd edək ki, 4 dekabr tarixində Bundestaq böyük səs çoxluğu ilə hökumətin tərəfdaş ölkələr tərəfindən Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatlara qoşulmaq barəsindəki təşəbbüsünü dəstəkləyib. Parlamentin bu qərarı ölkədə böyük ictimai rezonans doğurub. Belə ki, ölkə vətəndaşlarının əksəriyyəti hökumətin bu addımının əleyhinə çıxıb.Qərardan sonra Hərbi Dəniz Qüvvələri və aviasiyanın Suriyadakı hərbi əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur. Almaniyanın yerüstü əməliyyatlarda iştirakı hazırda müzakirə mövzusu deyil.