Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti qərarı aprelin 20-də açıqlayıb.
Diplomatın çağırılmasına səbəb Almaniya ərazisindəki obyektlərə qarşı iddia edilən təhdidlərlə bağlı açıqlamalar olub.
"Kəşfiyyat fəaliyyətlərinin aparılması" da diplomatın Almaniya XİN-ə çağırılmasının səbəblərindən biridir.
"Rusiya səfiri bu gün bu məsələ ilə bağlı çağırılıb", - X (əvvəllər Twitter) sosial şəbəkəsindəki məlumatda deyilir.
QAZİLER.AZ



