Fransa İraqda İŞİD terror təşkilatına qarşı əməliyyatlarda ilk dəfə qanadlı raketlərdən istifadə edib. Axar.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniyadan havaya qalxan 10 bombardımançı İŞİD-in İraqın qərbində yerləşən hərbi düşərgəsini məhv edib.
Qanadlı raketlərdən insanların sıx yaşadığı bölgələrdə terror hədəflərini vurmaq üçün istifadə edildiyi açıqlanıb.