Braziliya beynəlxalq məsələlərdəki rolundan narazıdır və "üçüncü dünya ölkəsi" hesab edilməkdən bezib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, prezident Luis İnasio Lula da Silva aprelin 20-də Almaniyaya səfəri zamanı bununla bağlı qəzəbini ifadə edib.
“Söhbət kiçik olmaqdan bezmiş bir ölkədən gedir... Üçüncü dünya ölkəsi kimi rəftar edilməkdən bezmiş bir ölkədən gedir. Görünməz kimi davranılmaqdan bezmiş bir ölkədən gedir", - "CNN Brasil" Braziliya liderinin sözlərini sitat gətirir.
Lula da Silva Braziliyanın son illərdə iqtisadi sabitliyə nail olduğunu vurğulayıb. Bundan əlavə, ölkə xarici investisiyalar üçün cəlbedici hala gəlib və ikitərəfli əlaqələri möhkəmləndirməyə davam etməyə hazırdır. Əsas şirkətləri olan "Petrobras" və "Embraer" sayəsində ölkə həm də dünyada üçüncü ən böyük təyyarə istehsalçısıdır.
"Biz 215 milyon əhalisi, kifayət qədər sabit iqtisadiyyatı olan böyük bir millətik və son illərdə xeyli nüfuz qazanmışıq", - deyə siyasətçi vurğulayıb.
QAZİLER.AZ



