İtaliyada iki qatar toqquşub

İtaliyada iki qatar toqquşub backend

Aprelin 20-si səhəri İtaliyanın Milan şəhəri yaxınlığında sərnişin və yük qatarı toqquşub.

Qaziler.az bildirir ki, bu barədə ANSA xəbər verir.

Hadisə nəticəsində Milan və Genuya arasında nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. 

Qəza Milanın cənubundakı Pavia stansiyasında baş verib. Stansiyadan təxminən 30 km/saat sürətlə yola düşən sərnişin qatarı relslərdə hərəkətsiz qalan yük qatarı ilə toqquşub. Əyləc məsafəsinin qısa olması səbəbindən toqquşma qaçılmaz olub.

İlkin məlumatlara görə, sərnişinlər və ya işçilər arasında xəsarət alan yoxdur.

Hadisənin səbəbləri araşdırılır.

QAZİLER.AZ