Qırğızıstan 8 ölkəyə çağırış etdi: "Belə bir vaxtda əməkdaşlığımız vacibdir"

Qırğızıstan 8 ölkəyə çağırış etdi:  "Belə bir vaxtda əməkdaşlığımız vacibdir" backend

Qırğızıstanın səhiyyə naziri Damir Osmanov bildirib ki, hazırda dünyanın hər yerində insanlar yeni epidemioloji çətinliklər və iqlim dəyişikliyi ilə üzləşirlər.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) daxilində bu təhdidlərlə mübarizədə əməkdaşlıq effektiv ola bilər.

“Dünya yeni epidemioloji təhdidlər, iqlim dəyişikliyi və insan resursları ilə bağlı çətinliklərlə üzləşdiyi bir vaxtda əməkdaşlığımız xüsusilə vacibdir”, - Osmanov vurğulayıb.

QAZİLER.AZ