Zəlzələ səbəbindən Yaponiyada Tohoku-Sinkansen və Akita-Sinkansen xətlərində qatar xidməti müvəqqəti olaraq dayandırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
"Məhdudiyyətləri tamamilə aradan qaldırmaq üçün mühəndislər yerüstü kontakt sisteminin dayaqlarını, dəmir yollarını və körpülərini gizli zədələnmələrə görə yoxlamalıdırlar ki, bu da davam edən afterşoklar nəzərə alınmaqla bir neçə saat çəkə bilər", - deyə “JR East” bildirib.
Xidmətin nə vaxt bərpa olunacağı barədə, sərnişin və ya işçilər arasında xəsarət alanlar barədə heç bir məlumat yoxdur.
Telekanal qeyd edir ki, Sinkansen yüksək sürətli dəmir yolu müstəsna təhlükəsizliyi ilə tanınır, çünki o, ilk təkanda qatarları avtomatik olaraq dayandıran zəlzələ barədə erkən xəbərdarlıq sistemi ilə təchiz olunub. Artıq Noqano prefekturasında təxminən 20 belə təkan qeydə alınıb və bu da hakimiyyət orqanlarını nüvə elektrik stansiyalarında təhlükəsizlik yoxlamalarına başlamağa sövq edib.
QAZİLER.AZ



