İran ABŞ ilə heç bir müvəqqəti atəşkəs razılaşmasını qəbul etmir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
"Biz heç bir müvəqqəti atəşkəs razılaşmasını qəbul etmirik. Çünki bu, diplomatik resursları tükəndirən və sonra müharibəyə qayıdışa səbəb olan bir qapalı dairədir", - deyə o bildirib.
Xətibzadə qeyd edib ki, ABŞ ilə davam edən təmaslar məhz bu məqsədlə həyata keçirilir.
QAZİLER.AZ



